İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdirini məhkəməyə verdi, 2.78 milyon dolar təzminat ödənəcək - Qeyri-adi səbəb - FOTO

Otağına gizli kamera yerləşdirilən xadimə ev sahibini məhkəməyə verib.

Milli.Az xarici mətbuata istinadla bildirir ki, ABŞ-nin Nyu-York şəhərindəki evlərdən birində xadimə işləyən kolumbiyalı Kelly Andrade ( 28 yaş ) müdirindən şikayət ərizəsi ilə məhkəməyə müraciət edib.

Qadın şikayət ərizəsində bildirib ki, yataq otağına kamera quraşdırılmasından xəbərsiz olub. Tüstü detektoruna yerləşdirilən gizli kamera vasitəsi ilə qadının yüzlərlə özəl görüntüsü lentə alınıb.

LaRosa Grill adlı restoran şəbəkəsinin 35 yaşlı sahibi Michael Esposito məhkəməni uduzub. O, qadına 2.78 milyon dolar təzminat ödəyəcək.

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

25 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR