Onlayn ictimai-siyasi qəzet
Bakı Hərbi Məhkəməsinin hakimi Rafiq Abbasovun sədrliyi ilə keçirilən prosesdə Elnur Əliyevə hökm oxunub.
Musavat.com xəbər verir ki, Müdafiə Nazirliyinin tabeliyindəki N saylı hərbi hissənin sabiq tabor komandiri olan Elnur Əliyev rüşvət almaqda təqsirli bilinərək 5 il müddətinə azadlıqdan məhrum edilib.
Elnur Əliyevə Cinayət Məcəlləsinin 311.2-ci (vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətlərə görə rüşvət alma) və 179.1-ci (mənimsəmə və ya israf etmə) maddələri ilə ittiham verilmişdi. Məhkəmə Cinayət Məcəlləsinin 179.1-ci maddəsini ittihamdan xaric edib. Elnur Əliyev Cinayət Məcəlləsinin 311.2-ci maddəsi ilə təqsirli bilinib. İstintaq dövründə Elnur Əliyevin barəsində həbslə əlaqəli olmayan qətimkan tədbiri seçilmişdi. Ona hökm oxunandan sonra məhkəmə zalında həbs edilib.
E.MƏMMƏDƏLİYEV,
Musavat.com
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ