İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə Nazirliyi məlumat yaydı - FOTOLAR

Özbəkistan Müdafiə Nazirliyinin nümayəndə heyəti qarşılıqlı təcrübə mübadiləsi məqsədilə Azərbaycan Müdafiə Nazirliyinin Əməliyyat Baş İdarəsini ziyarət edib.

Müdafiə Nazirliyindən Musavat.com-a verilən məlumata görə, qonaqlara hərbi qərar qəbuletmə, eləcə də 44 günlük Vətən müharibəsi və antiterror əməliyyatı ilə bağlı brifinq təqdim edilib, maraq doğuran suallar ətrafında müzakirələr aparılıb.

Özbəkistan nümayəndə heyəti Mərkəzi Komanda Məntəqəsinə gələrək burada yaradılan şərait və müasir tələblərə cavab verən proqram təminatından istifadə olunmaqla tapşırıqların icra mexanizmi ilə tanış olub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Dekabr 2024

BÜTÜN XƏBƏRLƏR