İnsanlara hürriyət, millətlərə istiqlal!

Müdafiə naziri AÇIQLADI - Ukrayna ABŞ-dan yeni hərbi yardım paketi alacaq

Ukrayna müdafiə naziri Aleksey Reznikov Birləşmiş Ştatlarının yeni hərbi yardım paketini açıqlayacaq.

Musavat.com xarici agentliklərə istinadən xəbər verir ki, bu barədə nazir cümə günü onlayn brifinqdə bildirib.

Reznikovun sözlərinə görə, Ukrayna hazırda təkcə raketləri deyil, həm də müxtəlif növ atıcı silahlarını və zenit sistemlərini özündə birləşdirən hava hücumundan müdafiə qurğularına ehtiyac duyur.

"Ukrayna üzərində belə bir şəbəkə müxtəlif sistemlər sayəsində yaradılmalıdır. İspaniya hökuməti tezliklə onlardan "Hawk 23" sistemlərini alacağımızı açıqladı və ekipajlarımızın hazırlığı tamamlanır", - o deyə o, qeyd edib.

"Düşünürəm ki, bu gün biz ABŞ-dan Ukraynaya növbəti yardım paketinin elan edilməsi barədə xoş xəbərlər eşidəcəyik. Onu prezident Bayden özü imzalayacaq", - deyə, müdafiə naziri bildirib.

Qeyd edək ki, MIM-23 Hawk, Hawk) ABŞ-ın “Raytheon” firması tərəfindən istehsal edilən Amerika hərbi orta mənzilli zenit-raket sistemidir. Onun bir raketinin qiyməti 250 min dollar, kompleksi 15 milyon dollar dəyərindədir.

Musavat.com

WhatsApp Image 2022-11-04 at 17.39.45.jpeg (124 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR