İnsanlara hürriyət, millətlərə istiqlal!

MTV Avropa Musiqi Mükafatları təhlükəsizlik səbəbiylə ləğv edildi

MTV Avropa Musiqi Mükafatlarının təşkilatçıları təhlükəsizlik baxımından noyabrın 5-də Parisdə keçirilməli olan mərasimi ləğv ediblər.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, BFMTV-nin məlumatına görə, bu qərar “qlobal gərginliyin artması nəzərə alınaraq və mükafatların təşkilatçıları, sənətçilər, eləcə də dünyanın hər yerindən şouya gələn azarkeşlər üçün ehtiyat tədbiri kimi” qəbul edilib.

Üstəlik, təşkilatçıların fikrincə, Yaxın Şərqdə böhranın kəskinləşməsini nəzərə alaraq, indi “bayram üçün yanlış vaxtdır”.

Fransa maksimum terror təhlükəsi səviyyəsini tətbiq edib. Bu, oktyabrın 13-də Fransanın şimalındakı Arras kommunasında təhsil müəssisəsinə 20 yaşlı təcavüzkarın bıçaqla hücumundan sonra baş verib. Bu hücumda Dominik Bernard adlı müəllim hücumçu tərəfindən qətlə yetirilib. Təhsil ocağının mühafizəçisi də daxil olmaqla daha 3 nəfər xəsarət alıb.

Həmçinin son günlər Fransada bomba təhdidləri ilə bağlı xəbərlər tez-tez yayılır, buna görə hava limanları və muzeylər boşaldılıb. Xüsusilə, Versal sarayı son altı gündə dörd dəfə boşaldılıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

03 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR