Onlayn ictimai-siyasi qəzet
Ötən seçkilərdə prosesi izləyən xarici müşahidəçilərə dəvət göndərəcəyik.
Bunu Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahov qurumun iyunun 29-da keçirilən iclasında deyib.
Onun sözlərinə görə, Azərbaycan Xarici İşlər Nazirliyi bununla bağlı addımlar atacaq.
"Dairələrdə müşahidə aparmaq istəyənlər dairə seçki komissiyalarına müraciət edə bilərlər. Bu seçkilərdə də on minlərlə müşahidəçinin iştirakı gözlənilir", - MSK sədri qeyd edib.
Qeyd edək ki, Azərbaycanın bütün ərazilərində seçkilərin müşahidə edilməsi üçün ərizələrin Mərkəzi Seçki Komissiyasına təqdim edilməsinə artıq başlanılıb.
Müşahidəçilərin qeydə alınması prosesi avqustun 22-dək davam edəcək. Seçki dairəsi ərazisində müşahidə aparmaq üçün isə avqustun 27-dək müraciət qəbul ediləcək.//Report
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ