Onlayn ictimai-siyasi qəzet
Mərkəzi Seçki Komissiyasının (MSK) sədri Məzahir Pənahovun ABŞ-da yaşayan oğlu Məhəmməd Pənahovun həyat yoldaşı verdiyi işğəncələrdən Bakıya qaçması haqda yeni xəbərlər var.
Belə bəlli olur ki, məhkəmə artıq Pənahov cütlüyünün nigahının lığv olunması barədə qərar verib.(“Qafqazinfo”). Boşanma tələbinə dair iddia ərizəsinə Binəqədi Rayon Məhkəməsində baxılıb. Məhəmməd Pənahov özü prosesdə iştirak etməyib, onu vəkili təmsil edib. Müdafiəçi müvəkkilinin boşanmaq istəmədiyini əsas gətirərək, iddia tələbinin rədd edilməsini istəyib. Cavabdehin narazı olmasına baxmayaraq məhkəmə tərəflər arasındakı nikahın pozulmasına qərar verib.
Musavat.com xəbər verir ki, Məzahir Pənahov xəbərdə adı keçən oğluna 2022-cü ilin yayında “Fairmont” hoteldə dəbdəbəli toy edib. O, Həlimə adlı xanımla ailə qurub. Mərasimdə nazirlər, deputatlar, icra başçıları, generallar və nüfuzlu iş adamları iştirak edib.
Bildirilir ki, yeni evlənənlər ABŞ-da, Los-Ancelesdə MSK sədrinin oğluna aldığı 2 milyon 35 min 400 dollara dəbdəbəli villasında yaşayıblar. Yeni evlənənlərin şirin həyatı Məhəmməd Pənahovun pis vərdişlərə, ilk növbədə spirtli içkilərə aludəçiliyə ortaya çıxandan sonra başlayıb. Məsələn, Məhəmməd Pənahov bir dəfəyə 26 butulka pivəni boşaldıb, sonra isə boş şüşələri hamilə arvadına atıb. Pənahovun belə aludəçiliyi qadına qarşı çoxlu qan və zorakılığa səbəb olur və hamilə arvadı övladını itirir. Nəhayət, köməksiz qadın bu həyata dözməyərək ABŞ-dan qaçmaq qərarına gəlib. Valideynləri dəfələrlə Kaliforniya polisi ilə əlaqə saxlamağı tövsiyə ediblər, lakin o, xilasını Bakıya qaçmaqda görüb.Buradada da boşanmaq üçün məhkəməyə müraciət edilib.
Tərəflər arasında başqa bir çəkişmə isə ondan ibarətdir ki, Məhəmməd Pənahov boşanmaya razı olmamaqla yanaşı həyat yoldaşına məxsus qızıl-zinət əşyalarını və bahalı geyimlərini (bahalı şubalar və sair) də qaytarmır. 300 min manatdan çox qiyməti olan həmin əşyaların çoxu gəlinə birgə nikah dövründə bağışlanıb. Bəzilərini isə o, nikahdan əvvəl şəxsi vəsaiti hesabına alıb. Məsələ hələ də həllini tapmadığı üçün qadın yenidən məhkəməyə üz tutacaq. Məhəmməd Pənahov isə vəkili vasitəsilə nikahın pozulması qərarından apelyasiya şikayəti verib. Hələ ki, bu şikayət üzrə yekun qərar elan edilməyib.
O da bildirilir ki, Məhəmməd Pənahov qadına hədə-qorxu gəlməkdə və təhdidlərə davam edir. Hələ ki, nə MSK sədri, nə onun ailəsi məsələyə münasibət bildirib. Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi Elşad Hacıyevin sözlərinə görə, hazırda bu hadisə ilə bağlı rəsmi məlumat yoxdur. Bununla belə, o, əmin edib ki, müvafiq məlumatlar daxil olduqdan sonra Daxili İşlər Nazirliyi dərhal rəsmi açıqlama verəcək. Azərbaycanın İnsan Hüquqları üzrə Müvəkkili (Ombudsman) İnstitutu da baş verənlərə münasibət bildirib. Ombudsman müraciətində zərərçəkmiş qadını qəbul etməyə və ona hərtərəfli dəstək verməyə hazır olduğunu bildirib. “Təmiz Dünya” Qadınlara Yardım İctimai Birliyinin sədri Mehriban Zeynalova da bildirib ki, MSK sədrinin oğlıundan qaçan qadın qoruma altına alına bilər.
Musavat.com
04 May 2025
03 May 2025
ŞƏRHLƏRŞƏRH YAZ