İnsanlara hürriyət, millətlərə istiqlal!

MSK beş partiyanın səlahiyyətli nümayəndələrini qeydə alıb

2024-cü il sentyabrın 1-nə təyin edilmiş növbədənkənar parlament seçkilərində beş partiyanın səlahiyyətli nümayəndələri qeydə alınıb.

“Report” xəbər verir ki, bununla bağlı qərar Mərkəzi Seçki Komissiyasının (MSK) iyulun 19-da keçirilən iclasında qəbul edilib.

MSK katibi Arifə Muxtarovanın təqdimatına əsasən, Gələcək Azərbaycan, Müsavat, Azad Vətən, Vəhdət və Ədalət partiyalarının səlahiyyətli nümayəndələrinin qeydə alınması müzakirəyə çıxarılıb.

Bununla bağlı qərar səsverməyə qoyularaq qəbul olunub.

Beləliklə, MSK-da ümumilikdə 24 siyasi partiyadan səlahiyyətli nümayəndələr qeydə alınıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR