Onlayn ictimai-siyasi qəzet
İkinci Dünya müharibəsindən sonrakı düzən tam başa çatmayıb. Lakin biz bunu qəbul etməliyik ki, 80 ildir yaşadığımız dövr dəyişir.
Musavat.com xəbər verir ki, bunu Türkiyənin sabiq xarici işlər naziri, Türkiyə Böyük Millət Məclisinin (TBMM) NATO Parlament Assambleyasındakı nümayəndə heyətinin rəhbəri Mövlud Çavuşoğlu XII Qlobal Bakı Forumunda çıxışı zamanı bildirib.
M.Çavuşoğlu qeyd edib ki, yeni düzəndə Çin-ABŞ rəqabəti görünəcək: " Qlobal qərb tərəfindən bu başa düşülməlidir. Qərb niyə tənqid olunduğunu başa düşməlidir. Qərb heç bir müharibənin qarşısını ala bilmir".
Nigar HƏSƏNLİ,
Musavat.com
14 Mart 2025
13 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ