İnsanlara hürriyət, millətlərə istiqlal!

Mourinyo peşman olduğu qərarlardan danışdı

"Fənərbağça"nın baş məşqçisi Joze Mourinyo məşqçilik karyerasında peşman olduğu qərarlardan danışıb.

61 yaşlı mütəxəssisin açıqlamasını "Corriere dello Sport" nəşri yayıb.

J.Mourinyo "Real Madrid"in prezidenti Florentino Peresə verdiyi "yox" cavabına görə təəssüf keçirdiyini açıqlayıb:

"O mənə dedi: "Mou, indi getmə, sən çətin olan hissəni bitirmisən və indi yaxşı hissə gəlir". Bunun baş verəcəyini bilirdim, amma İspaniyadakı üç çətin ildən sonra "Çelsi"yə qayıtmaq istəyirdim. Həmçinin "Roma"nı dərhal tərk etməliydim (Avropa Liqasının finalından sonra), amma bunu etmədim və yanıldım".

Xatırladaq ki, J.Mourinyo 2010-2013-cü illərdə "Real Madrid"ə rəhbərlik edib. (Oxu.Az)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

04 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR