İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvaya PUA hücumu: Hava limanları İFLİC OLDU – Putin HƏRƏKƏTƏ KEÇDİ

Moskvanın Şeremetyevo, Domodedovo və Vnukovo hava limanlarında yüzlərlə sərnişin qalıb.

Axar.az xəbər verir ki, bu barədə “Shot” Teleqram kanalı məlumat yayıb.

Bildirilib ki, Ukraynanın dron hücumu səbəbindən Vnukovoda azı 13, Domodedovoda hava limanında isə 11 reys gecikib:

“Gözləmə yerində çoxlu sərnişin var, həmçinin uşaqlı olanlar da. Bəziləri gecə saatlarında uçmalı idi, lakin uçuşlar bir neçə dəfə təxirə salınıb”.

Qeyd edək ki, gecə saatlarında Ukrayna yalnız Moskvaya 35 dronla hücum edib.

Bu və gündəmdəki bir çox xəbərləri bu gün saat 13.10-da aparıcı Sevinc Telmanqızının təqdimatındakı “Canlı debat” verilişində izləyə bilərsiz. Kiyevdən polkovnik Elxan Nuriyev də efirdə müharibənin hazırkı durumu ilə bağlı danışacaq. Müzakirədə tamaşaçılarımız da iştirak edə bilər.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

22 May 2025

BÜTÜN XƏBƏRLƏR