Onlayn ictimai-siyasi qəzet
Rusiya paytaxtı Moskvaya yeni dron hücumu yerli aeroportların işinə ciddi problem yaranıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, şəhərin cənub kənarında müşahidə olunan drona görə Vnukovo hava limanı təyyarələrin enişi və uçuşu üçün bir neçə saatlığa bağlanıb. 25-dən yuxarı təyyarə başqa aeroportlara yönəldilib.
Ukrayna mətbuatı isə Rusiyanın Moskvadakı aeroportlara kommersiya reyslərinə məhdudiyyət tətbiq etmək niyyətində olduğunu yazır.
Qeyd edək ki, getdikcə artan dron hücumlarına görə Türkmənistan aviaşirkəti avqustun 1-dən etibarən Moskvaya uçuşları dayandırıb. Təyyarələr Aşqabad-Kazan reysinə yönəldilib. Türkmənistan tərəfi bunu Moskva səmasında təhlükəli vəziyyətlə izah edib.
Musavat.com
07 Fevral 2025
06 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ