İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada terror aktı planlaşdırıldı – FSB hərəkətə keçdi

Rusiya Federal Təhlükəsizlik Xidməti (FSB) Moskvada böyük terror aktının qarşısını aldığını açıqlayıb.

Musavat.com xəbər verir ki, məlumata görə, əvvəllər məhkum olunmuş bir Rusiya vətəndaşı Ukrayna xüsusi xidmət orqanlarının göstərişi ilə paytaxtda inzibati binanı partlatmağı planlaşdırıb.

FSB-nin məlumatına görə, şübhəlinin üzərində 5 kq amonal əsaslı partlayıcı qurğu, taymer və Ukrayna xüsusi xidmət orqanları ilə əlaqə üçün istifadə etdiyi smartfon aşkarlanıb.

Onun terror aktından sonra Ukraynaya keçərək Ukrayna Silahlı Qüvvələrinin sıralarına qoşulmaq istədiyi iddia olunur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 Mart 2025

BÜTÜN XƏBƏRLƏR