Onlayn ictimai-siyasi qəzet
Bu gün Moskvada məşhur rus rejissoru Sergey Politik bıçaqlanaraq öldürülüb.
Musavat.com xəbər verir ki, Rusiya mediasının məlumatına görə, 56 yaşlı rejissor yaşadığı binanın qarşısına siqaret çəkməyə çıxdığı vaxt tanımadığı şəxs ilə mübahisəsi yaranıb.
Məlumata əsasən, S.Politik həmin şəxsin sevgilisinə irad bildirib. Bundan sonra kişi rejissora hücum edərək ona bıçaqla ağır xəsarət yetirib. Sergey Politikin həyatını xilas etmək mümkün olmayıb o, xəstəxanada keçinib.
Cinayəti törətməkdə şübhəli bilinən Ermənistan vətəndaşı 33 yaşlı Armen S. əvvəllər, 2017-ci ildə oğurluq ittihamı ilə məhkum olunub. Hazırda o, polis tərəfindən axtarılır. Şübhəliyə qəsdən ağır bədən xəsarəti yetirərək ölümə səbəb olma maddəsi ilə 15 ilədək həbs cəzası verilə bilər.
Musavat.com
21 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ