İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskvada güclü yanğının söndürülməsinə helikopter cəlb olunub

Rusiyanın paytaxtı Moskvanın cənubunda yerləşən S.A.Lebedev adına Dəqiq Mexanika və Hesablama Mühəndisliyi İnstitutunun binasında yanğın baş verib, alovu söndürmək üçün əraziyə aviasiya cəlb olunub.

“Report” xəbər verir ki, bu barədə “TASS”a fövqəladə hallar xidmətindən məlumat verilib.

Qeyd olunub ki, yanğının sahəsi 1,5 min kv.m çatıb, yanan binanın dam örtüyü dağılıb, yanğın “yüksək mürəkkəblik” dərəcəsinə uyğun təsnifləşdirilib.

Hadisə yerinə xilasedicilər, yanğınsöndürən qatarı və eyni zamanda “Ka-32 MAC” helikopteri cəlb olunub.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

23 Fevral 2025

22 Fevral 2025

BÜTÜN XƏBƏRLƏR