Onlayn ictimai-siyasi qəzet
Moskvanın hüquq-mühafizə orqanlarına kütləvi bomba hədələri ilə bağlı zənglər gəlir.
Musavat.com RT-yə istinadən xəbər verir ki, məlumatlarda qeyd edilir ki, ticarət mərkəzlərinə və Rusiya paytaxtının digər obyektlərinə bomba qoyulması ilə bağlı ardıcıl xəbərdarlıq zəngləri edilir.
Hazırda hadisə yerində (Ticarət mərkəzinin adı hələlik qeyd edilmir) yoxlamalar aparılır, insanlar ərazindən təxliyə edilir.
Xatırladaq ki, martın 22-də Crocus City Hall konsert zalında terror aktı baş verib.
Nəticədə 133 nəfər ölüb, 180-dən çox insan yaralanıb.
Hücuma görə məsuliyyəti İŞİD öz üzərinə götürüb.
Moskvada axtarış aparılan daha bir ticarət mərkəzindən görüntüləri təqdim edirik.
@@TVmusavat/81691@@
Musavat.com
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ