Onlayn ictimai-siyasi qəzet
Bu gün səhər saatlarından Moskvanın şərqində Elektrozavod küçəsi 20 ünvanındakı 5 mərtəbəli binasda başlayan yanğını hələ söndürmək mümkün olmayıb.
Musavat.com Rusiya mətbuatına istinadən xəbər verir ki, yanğının baş verdiyi binadan 160 nəfər xilas edilib, lakin hələ də binada onlarla insanın qaldığı bildirilir. Onların çoxu uşaqlardan ibarətdir.
Yanğın fitnes klubu və rəqs studiyasının yerləşdiyi 3-4-cü mərtəbələrdə baş verib. Həmin mərtəbələrdə əksəriyyəti uşaqlardan ibarət olan çoxsaylı şəxslər olub. Baza Telegram kanalının məlumatına görə, xilas edilmiş 10-dan yuxarı uşaq yanğın zamanı yaranan dəm qazından zəhərlənib.
Rusiya Fövqəladə Hallar Nazirliyinin məlumatına görə, yanğına dördüncü mürəkkəblik dərəcəsi təyin edilib. Hazırda hadisə yerində 60-dan çox yanğınsöndürən və 16 ədəd texnika çalışır.
Hələlik tələfat barədə məlumat yoxdur.
@@TVmusavat/107941@@
Musavat.com
08 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ
elxan 08.02.2025 08:00