Onlayn ictimai-siyasi qəzet
Moskvada amerikalı jurnalist Taker Karlsonun qaldığı “Four Seasons” hotelinə “bomba” qoyulması barədə xəbər yayılıb.
Musavat.com xəbər verir ki, bu barədə “REN TV” məlumat yayıb.
Qeyd olunub ki, fevralın 8-i axşam saatlarında polisə anonim zəng daxil olub. Belə ki, zəng edən şəxs hotelə bomba qoyulduğunu bildirib və amerikalı jurnalistin həbsini tələb edib. O, “Four Seasons”də 50 kiloqram partlayıcı olduğunu bildirib.
Hüquq-mühafizə orqanlarının əməkdaşları Oxotnıy Ryaddakı hoteldə axtarışlar aparıblar. Lakin partlayıcı tapılmayıb.
Anonim zəngə qədər Taker Karlsonun Rusiyanı tərk etdiyi məlum olub. Lakin zəng edənin bundan xəbəri olmayıb.
Musavat.com
24 Noyabr 2024
23 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ