İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva səmasında naməlum qara halqa peyda oldu - FOTO/VİDEO

Rusiya paytaxtı Moskvanın Stroqino rayonunun sakinləri atmosferdə izaholunmaz hadisənin şahidi olublar.

Onlar səmada qara halqanın peyda olduğunu görüblər.

Bu barədə “Readovka” “Telegram” kanalı məlumat verib. Kanaldan bildirilib ki, halqa daha çox “Arrival” (“Gəliş”) filmindəki yadplanetlilərin ünsiyyət vasitəsinə bənzəməsi ilə diqqət çəkib.

Bunun nə olduğu hələlik aydınlaşdırılmayıb. Yerli sakinlər müəmmalı halqanın peyda olmasından əvvəl qəribə səs eşitdiklərini deyiblər. Sakinlər hadisəni bacadan qəfil tüstünün çıxması ilə də izah edirlər.

Fövqəladə hallar xidməti isə hələ hadisə ilə bağlı açıqlama verməyib.

 

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

08 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR