İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva sakini qeyri-adi plakatla piketə çıxıb: "Yay, get!"

Moskva sakini Aleksandr bağında isti yayın getməsini tələb edərək təkadamlıq piket keçirib.

Teleqram kanalların yaydığı xəbərdə bildirilir ki, paytaxt sakinin yazdığı plakatda aşağıdakı sözlər olub: "Yay, get. Payız, gəl!"

 

Ancaq internet istifadəçiləri vətəndaşa dəstək verməyiblər. Çoxları qeyd edib ki, yay istisi ilə belə tez vidalaşmaq istəmirlər.

“Zır axmaqdır, nədir? Yay, bitmə!”, “Sənin hələ donmağa vaxtın olacaq”, “Amma mən yaz istəyirəm. Yazda nə isti olur, nə də soyuq”, “Amma plakat öz işini gördü, deyəsən”, - deyə istifadəçilər şərh yazıblar.

Bundan əvvəl sinoptiklər Moskvada temperaturun 20 dərəcədən yuxarı qalxacağı daha bir isti gecənin olacağını proqnozlaşdırmışdı.

Maraqlıdır 20+ istiyə dözə bilməyən moskvalılar bu günlərdə Bakıda 44 dərəcəlik istidə nə edərdilər?

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR