Onlayn ictimai-siyasi qəzet
ABŞ dövlət katibi Entoni Blinken bildirib ki, Rusiya hərbi yardım, o cümlədən Ukraynadakı müharibəyə əsgər göndərmək müqabilində Şimali Koreya ilə əməkdaşlığı dərinləşdirir.
Musavat.com ArbatMedia saytına istinadl xəbər verir ki, Blinkenin rəsmi səfərdə olduğu Seulda keçirdiyi mətbuat konfransında o qeyd edib ki, Şimali Koreya artıq Rusiyadan silah və təlimatlar alır. Blinkenin sözlərinə görə, Rusiya kosmik naiiyyətlərini Pxenyanla bölüşmək niyyətindədir və bu, Amerika tərəfini xüsusilə narahat edir.
Bundan əvvəl ABŞ-ın BMT-dəki daimi nümayəndəsi Linda Tomas-Qrinfild bildirmişdi ki, Moskva Şimali Koreyanı nüvə dövləti kimi tanımağa yaxındır və bu, ekspertlərin fikrincə, nüvə silahının məhdudlaşdırılması üzrə beynəlxalq danışıqları çətinləşdirəcək.
Musavat.com
03 Sentyabr 2025
02 Sentyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ