İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva məhkəməsi rusiyalı milyarderin oğlunu həbs etdi

Rusiyada Moskvanın Zamoskvoretski Məhkəməsi iş adamı, milyarder Musa Bajayevin oğlu Timur Bajayevi polis əməkdaşına qarşı zorakılıq tətbiq etdiyinə görə həbs edib.

Bu barədə Oxu.Az TASS-a istinadən bildirir.

TASS-ın müxbirinin məhkəmə zalından verdiyi xəbərə görə, Timur Bajayev ikiaylıq həbs edilib.

"Məhkəmə Bajayevin barəsində sentyabrın 26-dək həbs qətimkan tədbirinin seçilməsi barədə qərar qəbul edib", - deyə hakim qərarı elan edib.

Xatırladaq ki, 23 yaşlı Timur Bajaev "Lujniki" stadionu yaxınlığında saxlanılarkən polis əməkdaşlarını döyüb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

23 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR