İnsanlara hürriyət, millətlərə istiqlal!

Moskva çayında boğulan üç yeniyetmənin cəsədi tapılıb

İkinci gündür ki, kanalizasiyada boğulanların cəsədləri Moskva çayından çıxarılır.

Musavat.com Rusiyanın Telegram kanallarına istinadla xəbər verir ki, 3-ü yeniyetmə olmaqla 4 nəfər təbii fəlakətin qurbanı olub.

İlk cəsədlər Zaryadye parkının yaxınlığında tapılıb. Müəyyən edilib ki, bu, “Lanit” şirkətinin PR xidmətinin rəhbəri Dmitri Markuşinin 15 yaşlı qızıdır. İkinci qurban isə onun 17 yaşlı qardaşı oğlu olub.

Bu gün xilasedicilər Moskvanın mərkəzində, Paveletski dəmiryol vağzalı yaxınlığında kanalizasiyadan Dmitri Markuşinin özünün də cəsədini tapıblar.

Həmçinin, 15 yaşlı Viktoriya Şnayderin cəsədi Moskva çayının sahilindəki Bolşoy Ustyinski körpüsünün ərazisində tapılıb. Mərhumun bədənində baş nahiyəsinin kəsilmiş yarası aşkar edilib. Güman olunur ki, məktəbli bu xəsarəti kanalizasiya suyunun axınına qapılarkən alıb.

Hadisə baş verən Moskvada yağan güclü yağış Markuşinin və onunla şəhər kollektorunda ekspedisiyaya çıxan yeniyetmələrin baxış keçirdiyi kollektorda suyun səviyyəsini kəskin şəkildə qaldırıb və onların xilas olması mümkün olmayıb.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

05 Oktyabr 2024

04 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR