İnsanlara hürriyət, millətlərə istiqlal!

"Moskva Bakı ilə İrəvan arasında sazişin bağlanması istiqamətində səylərini davam etdirir"

Moskva Bakı ilə İrəvan arasında ən kəskin ziddiyyətlərin aradan qaldırılması və sülh müqaviləsinin bağlanması istiqamətində fəaliyyətini davam etdirir.

Musavat.com xarici agentliklərə istinaədn xəbər verir ki, bu barədə Rusiya Silahlı Qüvvələrinin Baş Qərargah rəisi, ordu generalı Valeri Gerasimov danışıb.

Xarici hərbi attaşelər üçün brifinqdə çıxış edən general qeyd edib ki, Rusiya Cənubi Qafqazda nəqliyyat kommunikasiyalarının qarşısının alınması, Bakı ilə İrəvan arasında sülh müqaviləsinin bağlanması, eləcə Azərbaycan-Ermənistan arasında ən kəskin problemlərin həlli istiqamətində məqsədyönlü iş aparır.

“Zaqafqaziyada vəziyyət gərgin olaraq qalır, lakin sabitləşməyə meyllidir”, - deyə Gerasimov bildirib. Onun sözlərinə görə, Rusiya hərbi kontingenti Dağlıq Qarabağda tapşırıqları yerinə yetirməkdə davam edir.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR