Onlayn ictimai-siyasi qəzet
“İctimai TV”də yayımlanan “Maska” şousunun növbəti buraxılışı baş tutub.
Bu dəfə “Molla Nəsrəddin” obrazında olan iştirakçı hədəf seçilib. Münsiflər onun maskasının açılmasını istəyiblər. Münsiflər maska altında gizlənən şəxslə bağlı müxtəlif versiyalar irəli sürüblər.
Sonda “Molla Nəsrəddin” obrazını oynayan iştirakçının aparıcı Tural Əsədov olduğu ortaya çıxıb.
Qeyd edək ki, şouda münsif kürsüsündə Xalq artisti Faiq Ağayev, Əməkdar artist Coşqun Rəhimov, müğənnilər Murad Arif və Nigar Camal, aparıcı Kamilə Babayeva oturub.
26 Noyabr 2024
25 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ