İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldovanın Qaqauziya Muxtar Ərazi Qurumunun rəhbəri Azərbaycan Prezidentini təbrik edib

Moldova Respublikasının Qaqauziya Muxtar Ərazi Qurumunun (Qaqauz Yeri) rəhbəri Yevgeniya Qutsul Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik məktubu göndərib.

Musavat.com xəbər verir ki, məktubda deyilir:

"Möhtərəm cənab Prezident.

İcazə verin, qaqauz xalqı adından və şəxsən öz adımdan doğum gününüz münasibətilə Sizə təbriklərimi çatdırım.

Bu əlamətdar gün münasibətilə Sizə möhkəm cansağlığı, tükənməz enerji, firavanlıq, Azərbaycan Respublikasının tərəqqisi naminə bütün planlarınızın uğurla həyata keçməsini arzulayıram.

Sizin zəngin siyasi təcrübəniz, enerjiniz və peşəkarlığınız, eləcə də ən çətin məsələlərdə düzgün qərar vermək bacarığınız sayəsində Azərbaycan bu gün böyük iqtisadi nailiyyətlər qazanıb və inkişaf etmiş beynəlxalq subyektlərdən biridir.

Eyni zamanda, icazə verin, Qaqauz sakinlərinə göstərilən diqqətə, eləcə də Qaqauz Muxtariyyəti ilə əməkdaşlığın inkişafına verdiyiniz böyük töhfəyə görə Sizə dərin minnətdarlığımı bildirim. Qaqauz regionunun təşəbbüslərinə Sizin diqqətiniz etimadlı qarşılıqlı münasibətlərin sübutudur.

Möhtərəm cənab Prezident, bu xoş fürsətdən istifadə edərək, Azərbaycan Respublikasının tərəqqisi və inkişafı naminə ali dövləti fəaliyyətinizdə Sizə müvəffəqiyyətlər arzulayıram.

Ən xoş arzularla və gələcəkdə səmərəli əməkdaşlıq ümidi ilə".

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

28 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR