İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova qaz almaq üçün kredit götürür

Avropa Yenidənqurma və İnkişaf Bankı (AYİB) Moldovaya təbii qaz alınması və saxlanması üçün 165 milyon avro məbləğində kredit verəcək.

Musavat.com xəbər verir ki, kredit sazişini Moldova parlamenti bu gün ratifikasiya edib.

Moldova parlamentindən verilən açıqlamaya görə, “deputatlar “Enerji Təhlükəsizliyi” layihəsi çərçivəsində kredit və qrant haqqında sazişi ratifikasiya ediblər”.

Daha bir müqaviləyə əsasən, Norveç hökuməti də Moldovaya bu məqsədlər üçün 34 milyon avro məbləğində qrant verəcək. Vəsait AYİB vasitəsilə Moldovaya çatdırılacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

01 Oktyabr 2024

30 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR