İnsanlara hürriyət, millətlərə istiqlal!

Moldova paytaxtında erməni təxribatı - deputatdan sərt çıxış

Moldovanın Kişineu şəhərində təşkil edilən “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransda erməni təxribatının qarşısı alınıb.

Musavat.com bu barədə xəbər verir. Belə ki, tədbirin ilk günündə təşkil edilən 5-ci paneldə özünü qondarma “Dağlıq Qarabağ”ın “sakini” kimi təqdim edən erməni qız çıxışı zamanı Azərbaycanla bağlı təhrif olunmuş və qərəzli fikirlər səsləndirilib.

Aldığımız məlumata görə, Milli Məclisin deputatı, iqtisadçı alim Vüqar Bayramov çıxışa etirazını bildirib. O, erməni təmsilçisinin çıxışının dərhal dayandırılmasını tələb edib.

V. Bayramov bildirib ki, “Dağlıq Qarabağ” adlı yer yoxdur, Azərbaycanın Qarabağ iqtisadi rayonu var: “Şüarı dialoq olan beynəlxalq tədbirdə separatizm meyilləri təqdim oluna bilməz! Tədbirdə qərəzli siyasi bəyanat səsləndirməkdənsə, Qərbi Azərbaycanı zorla tərk etmiş 300 min azərbaycanlının hüquqlarıdan danışmaq və regionda sülhü dəstəkləmək lazımdır. Qərəzli yanaşmalar ilə Qafqazda sülhə nail olmaq olmaz!”, deputat bildirib.

V.Bayramovun israrlı təkidindən sonra erməni nümayəndənin çıxışı dayandırılıb və ona çıxışını davam etdirməyə imkan verilməyib. Təşkilatçıların nümayəndəsii baş verənlərə görə Azərbaycan nümayəndə heyətindən üzr istəyib.

Qeyd edək ki, “Gələcək üçün sinerjilərin təminatı” elmi-praktiki konfransında Azərbaycan, Ermənistan, Moldova, Ukrayna və Avropa İttifaqının nümayəndələri iştirak edirlər. Tədbirdə Azərbaycanı dövlət qurumlarının, o cümlədən Dövlət Su Ehtiyatları Agentliyinin, universitetlərin, eləcə də Xəzər Universitetinin nümayəndələri və ekspertlər təmsil edilər.

Tədbir martın 13-də başa çatacaq.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

19 Aprel 2025

BÜTÜN XƏBƏRLƏR