İnsanlara hürriyət, millətlərə istiqlal!

Modriç Arda Gülerin müqavimətinə çox qəzəbləndi: "Mən axmaqlıq istəmirəm!"

"Real Madrid" mövsümə Super Kubok qazanaraq başlayıb. Oyundan sonra qələbəni qeyd edərkən Luka Modriç ilə Arda Güler arasında baş verən gərginliyin görüntüləri sosial şəbəkələrdə yayılıb.

Modriç oyunun ikinci yarısında meydana daxil olub, Güler isə son 3 dəqiqədə oyuna qoşulub.

Modriç oyunun sonunda Güleri kubokla şəkil çəkdirməyə dəvət edib, lakin Güler Modriçə şəkil çəkdirmək istəmədiyini bildirib. Modriç təkid edib və Güleri yola gətirib.

Bu zaman ikili arasında baş verən söhbət İspan mətbuatında gündəm olub.

"Real Madrid Confidencial"ın verdiyi məlumata görə, kubokla şəkil çəkdirmək istəməyən Gülerə qəzəblənən Modriç, "Mən axmaqlıq istəmirəm!", - deyib və onun qolundan tutub kubokun yanına gətirib.//Oxu.Az

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

20 Sentyabr 2024

19 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR