İnsanlara hürriyət, millətlərə istiqlal!

MN-dən Laçındakı minalarla bağlı MÜHÜM AÇIQLAMA - Fotolar

Laçın rayonu ərazisində erməni təxribatı zamanı basdırılan daha 100 ədəd mina zərərsizləşdirilib.

Bu barədə Musavat.com-a Azərbaycan Müdafiə Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Ermənistan silahlı qüvvələrinin genişmiqyaslı təxribatı zamanı diversiya qruplarının minaladıqları ərazilərin və təminat yollarının mühəndis-istehkam bölmələrimiz tərəfindən təmizlənməsi prosesi davam edir.

"Laçın rayonu ərazisində aparılan minatəmizləmə fəaliyyəti nəticəsində sentyabrın 19-da Böyük İşıqlı dağının şimal-şərq hissəsindəki dərə boşluğunda 2021-ci ildə Ermənistanda istehsal edilmiş növbəti 100 ədəd Э-001 М tipli piyada əleyhinə mina aşkar edilib. Azərbaycan Ordusunun mühəndis istehkam-bölmələri tərəfindən aşkar olunan minalar təhlükəsizlik qaydalarına riayət olunmaqla ərazidən çıxarılıb. Ərazidə mühəndis təminatı üzrə görülən işlər davam etdirilir", - nazirlikdən qeyd olunub.

e7b1336c-fb90-3d97-80e8-c4422f06ce4e.jpg (85 KB)

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR