İnsanlara hürriyət, millətlərə istiqlal!

MM-də Baş Prokurorluğun nümayəndələri ilə görüş keçirilib - Fotolar

Azərbaycanın Baş prokuroru yanında Elmi-Məsləhət Şurasının Anti-korrupsiya Təlim Mərkəzinin təşkilatçılığı ilə noyabrın 10-da Milli Məclisdə görüş keçirilib.

Bu barədə Musavat.com-a Baş Prokurorluğun Mətbuat Xidmətindən bildirilib.

Qeyd edilib ki, tədbiri açıq elan edən Anti-korrupsiya Təlim Mərkəzinin rəhbəri, Milli Məclisin deputatı, Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin üzvü Kamal Cəfərov Milli Məclisin fəaliyyəti onun struktur qurumları və gələcək perspektivlər barədə ətraflı məlumat verib.

Tədbirdə iştirak edən Milli Məclisin Aparat rəhbərinin müavini Rüstəm Mahmudov, Baş Prokurorluğun Elm-Tədris Mərkəzinin şöbə rəisi, Anti-korrupsiya Təlim Mərkəzinin katibi Nigar Qələndərli dövlət orqanlarının fəaliyyətində səmərəliliyin artırılması istiqamətində görülən işlər barədə görüş iştirakçılarını məlumatlandırıblar.

Parlamentə dəvət olunan Baş Prokurorluğun dövlət qulluqçuları Milli Məclisin inzibati binası, yeni açılmış Zəfər güşəsi, tarixi, Heydər Əliyevin həyatına həsr edilmiş muzey, Plenar və iclas zallar ilə tanış olublar.

Görüşün sonunda iştirakçılar tərəfindən maraq doğuran suallar cavablandırılıb, eləcə də faydalı fikir mübadiləsi aparılıb.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR