Onlayn ictimai-siyasi qəzet
ABŞ gələcəkdə kəşfiyyat məlumatlarının mübadiləsini və Ukraynaya hərbi yardımı bərpa edəcək.
“Report” xəbər verir ki, bu barədə Mərkəzi Kəşfiyyat İdarəsinin (MKİ) direktoru Con Ratkliff bildirib.
“ABŞ Prezidenti Donald Tramp həqiqətən də Volodimir Zelenskinin sülh yolu ilə nizamlanmaya sadiq olub-olmadığına dair şübhə duyurdu. Ona görə də o, pauza lazım olduğunu söylədi. Zelenski sülhə hazır olduğunu və bunun Donald Trampın rəhbərliyi altında əldə edilməsini istədiyini bildirib. Ona görə də düşünürəm ki, kəşfiyyat və hərbi istiqamətdə bu fasilə aradan qaldırılacaq”, - o deyib.
Xatırladaq ki, daha əvvəl ABŞ-nin Ukraynaya kəşfiyyat məlumatlarının ötürülməsini dayandırdığı bildirilmişdi.
06 Mart 2025
05 Mart 2025
ŞƏRHLƏRŞƏRH YAZ