İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixaylo Podolyak: "Dronların istehsalına görə İrana zərbələr endirmək lazımdır”

Ukrayna Prezident Ofisinin rəhbərinin müşaviri Mixaylo Podolyak dron istehsal edən İran zavodlarına zərbə endirməyi təklif edib.

Musavat.com xəbər verir ki, bu barədə Prezident Ofisinin rəsmisi açıqlama verib.

Mixaylo Podolyakın bildirib ki, sanksiya və embarqo Tehranı cəzalandırmaq üçün yetərli olmayacaq. O hesab edir ki, İranın Ukraynada genişmiqyaslı müharibə başlamazdan əvvəl Rusiyaya pilotsuz uçan aparatları tədarükünü etiraf etməsi mənasız görünür:

“Dronların Rusiyaya ötürülməsinin bu cür etirafı bir qədər qəribə görünür. Yəni müharibədən əvvəl mindən çox pilotsuz uçan aparatı təhvil vermişdilər, yalnız rusiyalılar döyüş meydanında müharibəni praktiki olaraq uduzduqdan sonra istifadə etməyə başladılar. Yəni kritik infrastrukturumuzu dağıtmaq əvəzinə 8 ay anbarlarda qalmışdılar?”.

Mixaylo Podolyak eyni zamanda İranın dronları tədarük etdiyinə görə də cəzalandırılmasını istəyib:

“Mənə elə gəlir ki, təkcə sanksiyalar və ya embarqo tətbiq etmək lazım deyil. Zənnimcə, dronların və ballistik raketlərin istehsalına və s.-ə görə konkret zərbələr endirmək olardı. Belə bir dövlət cəzasız bunu davam etdirə bilməz”, - Mixaylo Podolyak qeyd edib.

Musavat.com

 

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

14 Oktyabr 2024

13 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR