İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixail Mişustin: “Şimal-Cənub” nəqliyyat dəhlizi ticarət üçün yeni imkanlar açacaq”

“Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizi ticarət və biznes üçün yeni imkanlar açacaq.

“Report” TASS-a istinadən xəbər verir ki, bunu Rusiyanın Baş naziri Mixail Mişustin Şanxay Əməkdaşlıq Təşkilatına (ŞƏT) üzv ölkələrin Hökumət Başçıları Şurasının iclasında çıxışı zamanı deyib.

“Rusiya MDB üzrə tərəfdaşları və İranla birlikdə “Şimal-Cənub” beynəlxalq nəqliyyat dəhlizini təşviq edir. Biz dəmir yolu, avtomobil və dəniz daşımaları infrastrukturunun müasirləşdirilməsi və yenidən qurulması üçün kompleks tədbirlər həyata keçiririk. Bu, ticarət üçün yeni imkanlar açacaq və biznesə əlavə üstünlüklər qazandıracaq”, – o bildirib.

M.Mişustin vurğulayıb ki, ŞƏT ölkələrinin nəqliyyat əlaqəsinin təmin edilməsi, etibarlı və səmərəli logistika marşrutlarının qurulması istiqamətində işlər prioritet təşkil edir.

“Biz həm Şərq-Qərb, həm də “Şimal-Cənub” istiqamətində tranzit potensialından maksimum istifadə etməklə yük axınını artıra və vətəndaşların səfərlərinin daha rahat olmasını təmin edə biləcəyik”, - Baş nazir əlavə edib.

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR