İnsanlara hürriyət, millətlərə istiqlal!

Mixael Şumaxer artıq danışa bilmir - əfsanənin səhhəti ilə bağlı yeni təfərrüatlar

Formula 1 əfsanəsi Mixael Şumaxerin vəziyyəti ağırdır və tamamilə baxıcılarından asılıdır.

Musavat.com xarici mediaya istinadla xəbər verir ki, yeddiqat “Formula 1” çempionu Mixael Şumaxer 2013-cü ildə xizəksürmə qəzasında xəsarət aldıqdan sonra vəziyyəti ağır olaraq qalır.

Çempionun ailəsinə yaxın olan alman jurnalist Feliks Hornerin sözlərinə görə, idmançı tamamilə himayəçilərindən asılıdır.

“Vəziyyət çox kədərlidir. Onun daimi qayğıya ehtiyacı var və baxıcılarından tamamilə asılıdır. O, artıq fikirlərini şifahi şəkildə ifadə edə bilmir”, – Qorner “Daily Mail” nəşrinə verdiyi şərhdə deyib.

Jurnalistin sözlərinə görə, Şumaxerin yanına yalnız 20-yə yaxın adam girə bilir. Yarışçının ailəsi onun şəxsi həyatını ciddi şəkildə qoruyur və bu, Mixaelin səhhəti üçün daha uyğundur.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Mart 2025

BÜTÜN XƏBƏRLƏR