İnsanlara hürriyət, millətlərə istiqlal!

MİT-dən son dəqiqə ƏMƏLİYYATLARI - Şəhidlərin qisası belə alınır - VİDEO

Xəbər verdiyimiz kimi, son iki gün ərzində bölgədəki antiterror əməliyyatlarında Türkiyənin 12 hərbçisi şəhid olub.

Musavat.com "Haberler.com"a istinadən xəbər verir ki, Türkiyə Milli Kəşfiyyat İdarəsi (MİT) PKK/YPG terror qruplaşmasının Aynularab lideri "Bahoz Afrin" kod adlı terrorçunu Suriyada zərərsizləşdirib.

Sərhədçilərə qarşı yeni əməliyyat hazırladığına dair kəşfiyyat məlumatı alan MİT "Bahoz Afrin"i izləməyə başlayıb. Uğurlu əməliyyat nəticəsində terrorçu məhv edilib.

Məlumata görə, Türkiyə ordusu dekabrın 23-də axşam saatlarında İraq və Suriyanın şimalındakı terror hədəflərinə qarşı hava əməliyyatları həyata keçirib. Hava əməliyyatları zamanı PKK-nın istifadə etdiyi mağara, bunker, sığınacaq, neft obyektləri və anbarları daxil olmaqla 29 hədəf məhv edilib.

Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

24 Noyabr 2024

BÜTÜN XƏBƏRLƏR