İnsanlara hürriyət, millətlərə istiqlal!

Mişelin etnik ayrı-seçkiliyi: erməni milli azlıqdır, bəs qərbi azərbaycanlılar?   

Aİ prezidenti Qarabağ ermənilərinin Xankəndinə qayıdışından danışdı, amma qərbi azərbaycanlıların taleyi yadına düşmədi, halbuki 15 iyul Brüssel görüşündə bu məsələ müzakirə edilmişdi...

Avropa İttifaqı Şurasının Prezidenti Şarl Mişel "AzadlıqRadiosu"na müsahibədə Qarabağ ermənilərinin qayıtması ilə bağlı da danışıb: 

“Biz düşünürük ki, etnik ermənilərin Azərbaycanın Qarabağ bölgəsinə qayıtmaq, ən azından ora səfər etmək haqları təmin edilməlidir. Və beynəlxalq standartlara uyğun olaraq, milli azlıqların təhlükəsizliyinin qorunması baxımından buna təminat verilməlidir. Azərbaycan Konstitusiyasında yer alan milli azlıqların qorunması çərçivəsində buna təminat olmalıdır”. Müsahibədə yenidən bu mövzuya qayıdan Ş.Mişel bunları deyib: “Milli azlıqların haqlarının qorunması və beynəlxalq standartlara əməl olunması məsələsində xoş niyyətlərini açıq nümayiş etdirsinlər. Mən səmimi şəkildə inanıram ki, apardığımız bu müzakirələrin nəticə olaraq Avropa İttifaqı üçün prioritet olan bir məsələdə irəliləyişə nail ola bilərik”. Göründüyü kimi, Ş.Mişel müsahibədə Azərbaycanın sülh prosesində əsas şərtlərindən biri olan qərbi azərbaycanlıların taleyi haqda danışmayıb. 

“Yeni Müsavat” qeyd edir ki, Qərbi Azərbaycan İcması Şarl Mişelin bu məsələ haqda susqunluğunu “etnik və dini əsasda ayrı-seçkiliyə yol verməsi” kimi qiymətləndirib və bəyanat yayıb. Bəyanatda bildirilir ki, Azərbaycan və Ermənistan arasında münasibətlərdə milli azlıqlar məsələsi barədə danışan cənab Mişel etnik ermənilərin Azərbaycana qayıtmasından geniş danışdığı halda, Ermənistandan qovulmuş azərbaycanlıların qayıtması haqqında heç bir kəlmə deməyib. “Xatırladaq ki, Qərbi Azərbaycan İcması Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək vermək, onların orada qalmış evlərini, qəbiristanlıqlarını və mədəni abidələrini ziyarət etmələrinə yardım etmək xahişi ilə Avropa İttifaqına, o cümlədən şəxsən Şarl Mişelə dəfələrlə müraciətlər edib. Avropa İttifaqı qovulmuş azərbaycanlıların bu müraciətlərinə etinasız yanaşıb. Avropa İttifaqının bu cür ayrı-seçkili mövqeyi insan hüquqlarına zidd olmaqla bərabər, Azərbaycan və Ermənistan arasında münasibətlərin normallaşması prosesinə mənfi təsir göstərir. Qərbi Azərbaycan İcması Avropa İttifaqını Ermənistandan qovulmuş azərbaycanlıların qayıdış hüququna dəstək ifadə etməyə, ikili standartlarına, etnik ayrı-seçkilik siyasətinə və Azərbaycanla Ermənistan arasında sülhün bərqərar olunmasına mane olan cəhdlərinə son verməyə çağırır”, - bəyanatda vurğulanıb.

Prezident İlham Əliyev “Euronews”a müsahibəsində bildirmişdi ki, ermənilərin Azərbaycana qayıdışı azərbaycanlıların Ermənistana qayıdışı ilə eynilik təşkil edir. Azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi indiyə qədər danışıqlar masasında müzakirə olunub: 15 iyulda Brüsseldə keçirilən üçtərəfli görüşdə “tərəflər öz ərazilərində milli azlıqların hüquqlarının təmin edilməsinə təminat verməyə qarşılıqlı şəkildə razılaşıb”; bu görüşdən 10 sonra - 25 iyulda XİN rəhbərlərinin Moskva görüşündə də eyni məsələ gündəmə gəlib. Qarabağda erməni separatizminin ləğvindən sonra Ermənistanın erməni əhalisini kütləvi şəkildə bölgəni tərk etməyə sövq etməsinin arxasındakı hədəflərdən biri də budur: erməni əhalisi Qarabağda Azərbaycan vətəndaşı olaraq yaşayacaqdı, onların hüquqları təmin olunacaqdı və bu, İrəvanın da azərbaycanlıların Qərbi Azərbaycana qayıdışını təmin etməsinin vacibliyini aktuallaşdıracaqdı. İrəvan erməniləri Qarabağdan çıxarmaqla bu məsələdən yayınır, eyni zamanda artıq Ermənistanda olan “Qarabağın erməni əhalisindən” Bakının azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı tələbindən imtina etməsinə qarşı kart kimi istifadə edəcək. Hərçənd azərbaycanlıların Qərbi Azərbaycana qayıdışı məsələsi sülh danışıqlarında həll edilməsə belə, rəsmi Bakı üçün prioritet istiqamətlərdən biri olaraq qalacaq. Çünki “Qarabağın erməni əhalisi”ndən fərqli olaraq, qərbi azərbaycanlılar beynəlxalq hüquqa uyğun olaraq, qaçqın sayılır və Ermənistan ərazisində mülkiyyət haqları var. Son müsahibəsində Prezident bəyan etdi ki, İrəvan sülh mətninə ermənilərin qayıdışı məsələsini salmaq istəyib, lakin Bakı da azərbaycanlıların Zəngəzura dönüşünü eyni qaydada təklif edib. Yəni sülh sazişində bu müddəa birtərəfli ola bilməz. İkincisi, dövlət başçısı da vurğuladı ki, qayıtmaq istəyənlər vətəndaşlığı qəbul edərək yaşaya bilərlər. Amma Qarabağdan könüllü gedən ermənilərin 15 mini də Ermənistanı tərk edib. Ona görə də Mişel bu məsələdə yenə unutqanlığa və balansı pozmağa yol verib. 

Arzuxan Əlizadə hökumətə səsləndi: “Bəlkə insanların səbir kasasının dolub  daşmasında maraqlısınız”? » Ovqat.com

 Arzuxan Əlizadə 

AMİP sədri Arzuxan Əlizadə “Yeni Müsavat”a bildirdi ki, Mişelin son açıqlamaları heç cür anlaşılan deyil: “Avropa Birliyi rəsmisi  onu da bilməmiş deyil ki, sülh danışıqlarında qərbi azərbaycanlıların qayıdış şərti var. Ona görə birtərəfli qaydada yanaşma, Azərbaycanı adekvat addımlar atmağa sövq etməkdədir. Qərbi azərbaycanlılar öz yurd-yuvasına qayıtmalıdırlar, beynəlxalq ictimaiyyət də bunu birmənalı qəbul etməlidir. Onun sözlərinə görə, Aİ rəsmilərinin bu ritorikası Brüsselin vasitəçilik səylərinə olan etimadı getdikcə azaldır və Qərbin obyektiv moderatorluq mövqeyinə kölgə salır. A.Əlizadə hesab edir ki, vasitəçi tərəf olmamalı, etnik ermənilərin məsələsini qabartmaqla yanaşı, etnik azərbaycanlıların da Ermənistandakı ev-eşiyinə köçməsinin təmin olunmasını qeyd etməlidir. 

Sözcü - Xəzər Teyyublu: Müstəqil Həmkarlar Birliyinin qaynar xətti yaradıldı

Xəzər Teyyublu

Hüquq müdafiəçisi Xəzər Teyyublu Qarabağ ermənilərinin qayıdışına problem görmür, hətta hesab edir ki, onların gedişi də süni şəkildə təşkil olunmuşdu: “Ermənistan və separatçı rəhbərlər əhalini bir həftənin içərisində oradan sürətlə köçürməklə elə zənn etdilər ki, Azərbaycan etnik təmizləmə, genosid kimi ittihamlarla üzləşəcək, əleyhimizə BMT Təhlükəsizlik Şurası qətnamə çıxaracaq, Avropa Birliyi, Fransa. Kanada, ABŞ sanksiyalar tətbiq edəcək və beləliklə rəsmi Bakı dünya ictimaiyyətinin gözündə aqressor kimi tanınacaq. Amma erməniləri Qarabağdan çıxmağa sövq edənlərin bu planları, ssenarisi baş tutmadı. BMT missiyası yerindəcə araşdırma apardı, Təhlükəsizlik Şurası hər hansı sənəd qəbul etmədi, ayrı-ayrı beynəlxalq təsisatlar isə qısamüddətli kampaniya aparıb bizi sıxışdırmağa çalışdılar, heç bir nəticəsi də olmadı. Çünki hər hansı etnik təmizləmə, zorakılıq, psixoloji basqı olmayıb, kimsə qovulmayıb. Ona görə də qayıtmalarına problem yoxdur, gəlsinlər, Azərbaycan pasportunu qəbul etsinlər, yaşasınlar. Mişel yaxşı olar ki, məsələyə yenidən baxsın”. 

Hüquq müdafiəçisi qərbi azərbaycanlıların qayıdış məsələsini daha çox təbliğ etməyin tərəfdarıdır: “Avropa təşkilatları bu haqda az məlumatlıdırlar. Onların deportasiyaya məruz qalması haqda real faktlar, sənədlər beynəlxalq təşkilatlara, Avropa Birliyinə, şəxsən Mişelin özünə göndərilməlidir. Qərbdə olanlara elə gəlir ki, Zəngəzurdan, Göyçə mahalından azərbaycanlıların qovulması ya uzaq tarixdir, ya da ciddi məsələ deyil. Ona görə diasporumuz, səfirliklərimiz çox iş görməlidirlər, elektron məktublar göndərilməlidir, Avropa ölkələrindəki Ermənistan səfirliklərinin qarşısında piket keçirilməli, Avropa İttifaqının ofisi önündə aksiyalar olmalıdır. Məncə, bu məsələdə Azərbaycanın mövqeyi Ermənistana da, Qərbə də, Mişelə də aydındır, bunu qəbul etmək məcburiyyətindədirlər”. 

Emil SALAMOĞLU
“Yeni Müsavat”

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

30 Sentyabr 2024

29 Sentyabr 2024

BÜTÜN XƏBƏRLƏR