Onlayn ictimai-siyasi qəzet
Rusiyanın 102-ci hərbi bazası ilə bağlı sazişə yenidən baxılması məsələsi gündəmdə yoxdur.
Musavat.com erməni mediasına istinadən xəbər verir ki, bunu Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan 2024-cü ilin yekunlarına dair mətbuat konfransında deyib.
Yerli jurnalistlər Mirzoyana rus sərhədçilərinin bəzi bölgələrdən çıxarıldığını xatırladıblar.
Erməni nazir isə cavabında rus sərhədçilərinin həmin bölgələrdə (məsələn hava limanında) müvəqqəti yerləşdirildiyini bildirib.
Onun sözlərinə görə artıq İran sərhədindəki keçid məntəqəsinə nəzarət də erməni sərhədçilərinin əlindədir. Mirzoyanın fikrincə, bu, bir tərəfdən İrana yüksək etimaddan xəbər verir.
“Türkiyə ilə açıq sərhəd və etimad olarsa, biz rus sərhədçilərini həmin bölgədən çıxarılması məsələsini müzakirə edə bilərik”,-deyə Mirzoyan qeyd edib.
Musavat.com
09 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ