İnsanlara hürriyət, millətlərə istiqlal!

Mirzoyan ABŞ ilə imzalanan sənədi yol xəritəsi adlandırdı

Ümidvaram ki, İrəvan və Vaşinqton arasında imzalanmış Strateji Tərəfdaşlıq sazişi iki ölkə arasında münasibətlərin dərinləşməsinin sübutu və nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi olacaq.

Musavat.com xəbər verir ki, bu barədə Ermənistanın xarici işlər naziri Ararat Mirzoyan “X” də yazıb.

O, xeyli möhkəmləndiyi üçün İrəvanla Vaşinqton arasında münasibətlərin strateji tərəfdaşlığa çevrilməsinin həm məqsədəuyğun, həm də vacib olduğu qənaətində olduğunu bildirib.

“Ermənistan-ABŞ münasibətləri elə səviyyəyə çatıb ki, onların strateji tərəfdaşlığa çevrilməsi nəinki məqsədəuyğundur, həm də mürəkkəb geosiyasi vəziyyətdən çıxış üçün zəruridir”, - Mirzoyan qeyd edib.

Ermənistan XİN rəhbəri, həmçinin, ümid etdiyini bildirib ki, Ermənistanın ABŞ ilə imzaladığı sənəd gələcək münasibətlər üçün yol xəritəsi rolunu oynayacaq. “ABŞ-nin dövlət katibi Entoni Blinkenlə imzaladığımız Ermənistan-ABŞ Strateji Tərəfdaşlıq Xartiyası Ermənistan və ABŞ arasında dərinləşən münasibətlərin sübutu və ümumi nailiyyətlərlə dolu gələcək üçün yol xəritəsi rolunu oynasın”, - o vurğulayıb.

Xatırladaq ki, yanvarın 14-də Ermənistan və ABŞ iki ölkə arasında strateji tərəfdaşlıq haqqında Xartiya imzalayıblar.

Nigar HƏSƏNLİ,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

16 Yanvar 2025

BÜTÜN XƏBƏRLƏR