Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusif yayın ilk solo konsertini verib.
Musavat.com xəbər verir ki, "Sea Breeze"-də baş tutan konsertdə Miri Yusif ard-arda sevilən mahnılarını səsləndirib. O, tamaşaçılarla söhbət etməyi də unutmayıb. Xalq artisti tamaşaçılara təşəkkürünü bildirərək onların sevgisinin önəmindən bəhs edib.
Konsertdə Miri Yusifin ailə üzvlərini, yaxınları da iştirak edib. Miri Yusif ailə üzvlərinə və ruh əkizləri adlandırdığı fanatlarına səslənərək onların dəstəyini daim hiss etdiyini də vurğulayıb.
Sənətçi səhnə dekorasiyası, səhnə işıqları, rəqslərlə gecəyə xüsusi hazırlaşdığını sübut edib. Gur işıqların arasında səhnəyə çıxan müğənni yağış yağmasına baxmayaraq konserti yarımçıq saxlamayıb.
Konsertdə diqqət çəkən digər məqam isə gənclərin evlənmək təklifi üçün səhnəyə çıxması olub.
Gecə atəşfəşanlıqla sona çatıb.
Könül
Musavat.com
11 Iyun 2025
ŞƏRHLƏRŞƏRH YAZ