Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusifin prodüseri, televiziya aparıcısı Emin Əfəndini hədələyən şəxs saxlanılıb.
Musavat.com bildirir ki, Oxu.Az-ın əldə etdiyi məlumata görə, Emin Əfəndini hədələyərək hesabına 1000 manat pul ödətmiş Bakı şəhər sakini 1999-cu il təvəllüdlü Əli Əhmədov polis əməkdaşları tərəfindən saxlanılıb.
Onun barəsində araşdırmalar aparılır.
Xatırladaq ki, yanvarın 19-da naməlum şəxs Emin Əfəndiyə "WhatsApp" vasitəsilə mesaj yazaraq prodüseri olduğu Miri Yusifin videolarını yayacağı ilə bağlı hədələyib və ondan 1000 manat məbləğində pul alıb.
24 Fevral 2025
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ