Onlayn ictimai-siyasi qəzet
Xalq artisti Miri Yusifin prodüseri, tanınmış teleaparıcı Emin Əfəndi Xalq artistinin videolarını yayacağı ilə onu şantaj edən şəxslə bağlı Yasamal Rayon Polis İdarəsinə müraciət etməsi barədə açıqlama yayıb.
Musavat.com xəbər verir ki, Emin Əfəndi mətbuata ünvanladığı açıqlamada şantaj olunduğunu, lakin tələb olunan məbləği vermədiyini bildirib:
“Xalq artisti Miri Yusifin prodüseri olaraq bu mövzu ilə bağlı açıqlama vermək istəyirəm. Doğrudur, yanvarın 19-u mənə qarşı bu cür xoşagəlməz bir hal yaşandı və dərhal aidiyyəti orqanlara müraciət etdim. Qeyd etmək istəyirəm ki, xəbərdə göstərilən kimi heç bir maliyyə ödənişi etməmişik. Sadəcə, məsələnin hüquqi müstəvidə həlli üçün lazımi addımları atmışıq.
Son vaxtlar bu cür kibercinayətlər adi hala çevrilib və təəssüf ki, bir çox insan bu vəziyyətlə üzləşə bilər. Bu da ölkəmizdə daha ciddi maarifləndirmə işlərinin aparılmasını tələb edir. Mənim və Miri Yusifin adından istifadə edərək yayılan hər hansı bir məlumatın doğruluğuna yalnız bizim tərəfimizdən təsdiq edildiyi halda dərc olunmasını xahiş edirəm.
Hüquq-mühafizə orqanlarının operativ reaksiyasına görə təşəkkür edir, məsələnin tezliklə həllini tapacağına ümid edirəm”.
Qeyd edək ki, məlumatı ilk olaraq “Qafqazinfo” yayıb.
Könül İbrahim
Musavat.com
21 Yanvar 2025
ŞƏRHLƏRŞƏRH YAZ