Onlayn ictimai-siyasi qəzet
Fevralın 19-da Mingəçevir su anbarının Samux rayonunun Qaraağaclı kəndi ərazisinə düşən hissəsində batan 1999-cu il təvəllüdlü İsmayılov Müşviq Rəhim oğlunun meyiti bu gün FHN-in Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri tərəfindən suda tapılaraq çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Bu barədə Musavat.com-a Fövqəladə Hallar Nazirliyinin Mətbuat xidmətindən məlumat verilib.
Hazırda batdığı ehtimal edilən digər şəxsin - 2003-cü il təvəllüdlü Şubliyev İsmayıl Xaliq oğlunun axtarışları müşahidə edilən əlverişsiz hava şəraitinə baxmayaraq batdığı ehtimal olunan istiqamətlər üzrə fasiləsiz olaraq davam etdirilir.
23 Fevral 2025
ŞƏRHLƏRŞƏRH YAZ