Onlayn ictimai-siyasi qəzet
İnsan sağlamlığına bir çox faydası olan yemişan meyvəsi xüsusilə həzm problemlərinə faydalıdır.
Musavat.com lent.az-a istinadən bildirir ki, alma və üzüm sirkələrini əvəz edəcək qədər təsirli olan yenmişan sirkəsini hazırlamaq çox asandır.
Lazım olan ərzaqlar:
-1 kq yemişan
-1,5 çay qaşığı qaya duzu
-1 alma
-1 çay stəkan alma sirkəsi
-1 çay qaşığı şəkər
-2 litr su
Hazırlanmaq qaydası:
-Suyu təxminən 5 litr tuta bilən qaba, şüşəyə və ya bankaya qoyun.
-Yemişanları yaxşıca yuyun. Sonra artıq suyu boşaldın və qurudun.
-Artıq sudan təmizlənmiş yemişanları içi su ilə dolu qaba qoyun. Alma dilimləyin və əlavə edin.
-İçərisinə duz, şəkər və sirkə əlavə edib möhkəm bağlayın.
-Qarışığı yaxşıca çalxalayın, möhkəm bağlandığından əmin olun.
-Gün işığı olan otaqda, səhər və günorta arasında günəş işığı altında, digər saatlarda isə günəş işığından uzaq, sərin və quru bir mühitdə mayalanmasına icazə verin.
-Sirkəniz təxminən 10 günlük fermentasiyadan sonra hazır olacaq.
-Mayalanmış yemişan sirkənizi süzgəcdən istifadə edərək süzün.
-Gün işığından uzaq, sərin və quru yerdə saxlayaraq istədiyiniz kimi istehlak edə bilərsiniz.
22 Noyabr 2024
21 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ