Onlayn ictimai-siyasi qəzet
Azərbaycanlı Futbolçuya tam təhsil təqaüdü verildi.
Musavat.com xəbər verir ki, Fenerbahçe Universitetinin Bakı ofisindən verilən məlumata görə, Şəfa Futbol Klubunun və Azərbaycan milli komandasının 17 yaşlı qadınlar yığmasının üzvü Arzu Cəfərova Fenerbahçe Universitetində tam təqaüdlü təhsil almaq imkanı qazanıb.
Bu nailiyyətlə Arzu Cəfərova, Fenerbahçe Universiteti tarixində tam təqaüdlə qəbul olunan ilk azərbaycanlı futbolçukimi adını universitetin tarixinə yazdırıb.
Arzu Cəfərova bundan sonra həm akademik, həm də idman sahəsində fəaliyyətini Fenerbahçe Universitetində davam etdirəcək. Onun uğuru Azərbaycan gənclərinin beynəlxalq arenada qazandıqları uğurların növbəti nümunəsidir.
Fenerbahçe Universiteti olaraq, gənc idmançımızı ürəkdən təbrik edir və ona təhsil və idman həyatında yeni nailiyyətlər arzulayırıq.
Musavat.com
14 Oktyabr 2025
ŞƏRHLƏRŞƏRH YAZ