İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisin yaz sessiyası başa çatdı

Milli Məclisin yaz sessiyasının sonuncu iclası keçirilib.

Musavat.com bildirir ki, spiker Sahibə Qafarova yaz sessiyasının yekunları ilə bağlı çıxış edib.

Bildirib ki, sessiya ərzində 65 qanun qəbul edilib, 8 beynəlxalq sənəd təsdiqlənib:

“Milli Məclis səlahiyyətlərini tam şəkildə həyata keçirib. Parlamentlə hökumət arasında konstruktiv əlaqə olub”.

Sahibə Qafarova qeyd edib ki, yaz sessiyasında 60 deputatın 32 ölkəyə 50 səfəri olub:

“Onlar 13 beynəlxalq təşkilatda çıxış ediblər. 41 ölkə və 8 beynəlxalq təşkilatın nümayəndələri, ümumilikdə 443 xarici qonaq Milli Məclisdə olub”.

Dövlət himninin oxunmasından sonra sessiya başa çatıb.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

31 May 2025

BÜTÜN XƏBƏRLƏR