Onlayn ictimai-siyasi qəzet
Milli Məclisin sədri Sahibə Qafarova parlamentin 2024-cü il 27 dekabr tarixli plenar iclasında çıxış edib.
Musavat.com bildirir ki, spiker 25 dekabrda baş verən təyyarə qəzasından danışıb:
“Hörmətli həmkarlar!
Bildiyiniz kimi, “Azərbaycan Hava Yolları” Qapalı Səhmdar Cəmiyyətinə məxsus olan sərnişin təyyarəsi dekabrın 25-də Bakı-Qroznı reysini yerinə yetirərkən Qazaxıstanın Aktau şəhəri yaxınlığında faciəli şəkildə qəzaya uğrayıb. Nəticədə çoxsaylı insan tələfatı və xəsarət alanlar var. Azərbaycan Respublikasının Prezidenti möhtərəm cənab İlham Əliyevin sərəncamı ilə dünən ölkə ərazisində matəm elan edilib”.
Sahibə Qafarova qeyd edib ki, Prezidentin sərəncamı ilə qəzanın səbəblərini araşdırmaq üçün dövlət komissiyası yaradılıb:
“Möhtərəm cənab Prezidentin tapşırığına əsasən, komissiya baş vermiş faciəli hadisəni hərtərəfli araşdırıb qəzanın səbəblərini dəqiq müəyyən edəcək və ictimaiyyətə məlumat verəcək.
Biz təyyarə qəzasında həlak olanlara Allahdan rəhmət diləyir, onların ailələrinə və yaxınlarına dərin hüznlə başsağlığı veririk. Yaralıların tezliklə sağalmasını arzulayırıq”.
E.Paşasoy,
Musavat.com
28 Dekabr 2024
02:42 Qara qutu Azərbaycana NİYƏ VERİLMİR? Qazaxıstanın məqsədi budur - İlham İsmayıl detalları AÇIR
27 Dekabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ