İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə möhtəşəm Qarabağ guşəsi - Fotolar, Video

Milli Məclisin foyesində Vətən müharibəsi şəhidlərinin xatirəsinə həsr olunmuş möhtəşəm bir guşə yaradılıb.

Musavat.com xəbər verir ki, spiker Sahibə Qafarovanın təşəbbüsü ilə yaradılan guşə “Qarabağ Azərbaycandır!” adlanır.

Lövhənin mərkəzi hissəsində, Qarabağın rəmzi olan “Xarıbülbül”, Azərbaycan Prezidentinin adı və imzası, 44 günlük Vətən müharibəsini əks etdirən 27 sentyabr-10 noyabr 2020-ci il tarixləri, Vətən müharibəsində qələbə münasibətilə təsis edilmiş orden və medalların əksi, Qarabağlı-Şərqi Zəngəzurlu Azərbaycan Respublikasının xəritəsi nəfis şəkildə öz əksini tapıb.

Sağ və sol hissələrə isə qızılı hərflərlə Vətən müharibəsində şəhid olmuş qəhrəmanlarımızın adı həkk olunub. Eyni zamanda kənarlarda Qarabağ və Şərqi Zəngəzurun ayrı-ayrı bölgəsinin işğal dövründəki, həmçinin azad olunduqdan sonrakı abad görünüşü əks olunub. Bundan əlavə, ekranda Ulu öndər Heydər Əliyevin və Prezident İlham Əliyevin Şuşa, Qarabağ haqqında dedikləri görüntülənir, həmçinin səsləndirilir. 

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR