İnsanlara hürriyət, millətlərə istiqlal!

Milli Məclisdə İrana sərt etirazlar

Milli Məclisin plenar iclasında çıxış edən deputat Elnur Allahverdiyev Fransa Senatının qətnaməsinə sərt etirazını bildirib. Eyni zamanda İranın anti-Azərbaycan fəaliyyətinə ciddi arqumentlərlə cavab verib.

Komitə sədri Ziyafət Əsgərov isə bildirdi ki, qonşu İran Azərbaycan torpaqlarının 30 il ərzində işğalda olduğu dövrdə hər hansı dəstək addımı atmayıb. Amma son addımları ilə açıq şəkildə Azərbaycana qarşı düşmənçilik siyasəti yürüdür. Bu yaxınlarda İran Quru Qişunlarının sərhədlərimizdə keçirdiyi hərbi təlimləri, Azərbaycana qarşı təhdid dolu çıxışların olmasını, Emənistanı himayə mövqeyini xatırladan Z.Əsgərov  dedi ki, son təlimlər Vətən Müharibəsi başlayandan sonra İranın Azərbaycan sərhədlərində keçirdiyi üçüncü və ən irimiqyaslı hərbi təlimləri idi. Komitə sədri ölkə prezidentinin İranın bu siyasətinə

Kəskin etirazını xatırladıb. O ildirib ki, İran hərbi təlimləri 30 il ərzində keçirməli idi. Amma bu illər ərzində İran öz sərhədlərini qorumaq üçün heç bir addım atmayıb: “Niyə Azərbaycan torpaqları 30 il işğalda olduğu müddətdə niyə İran sərhədlərin dəyişilməzliyinin qəbulolunmaz olduğunu bildirmədi?”

Deputat İran rəhbərliyinin əli Azərbaycan vətəndaşlarının qanına batmış Ermənistan rəhbərlərini bağrına basdığını da söyləyib.

E.Paşasoy,
Musavat.com

ŞƏRHLƏRŞƏRH YAZ

Şərh yoxdur

XƏBƏR LENTİ

12 Oktyabr 2024

11 Oktyabr 2024

BÜTÜN XƏBƏRLƏR