Onlayn ictimai-siyasi qəzet
Milli Məclis sədrinin birinci müavini, parlamentin Hüquq siyasəti və dövlət quruculuğu komitəsinin sədri Əli Hüseynli və Rusiya ilə parlamentlərarası əlaqələr üzrə işçi qrupunun rəhbəri, deputat Nizami Səfərov fevralın 15-də Rusiya Federasiyasının paytaxtı Moskva şəhərinə səfər edəcəklər.
Musavat.com bu barədə Milli Məclisin Mətbuat və ictimaiyyətlə əlaqələr şöbəsinə istinadən xəbər verir.
Səfər zamanı Milli Məclisin deputatları Rusiyanın “Yedinaya Rossiya” Partiyasının təşkilatçılığı ilə keçiriləcək “Müasir neokolonializm təcrübələrinə qarşı mübarizə” mövzusunda beynəlxalq forumda iştirak edəcək, mövzu ətrafında aparılacaq müzakirələrdə Azərbaycan tərəfinin mövqeyini bildirəcəklər.
Deputatların səfəri fevralın 17-də başa çatacaq.
Musavat.com
28 Noyabr 2024
27 Noyabr 2024
ŞƏRHLƏRŞƏRH YAZ